Fransa niyə Türkiyəni günahlandırır? - AĞILASIĞMAZ İDDİALAR
Cümə günü Fransanın paytaxtı Parisdə Ahmet Kaya Mədəniyyət Mərkəzinin yaxınlığında Fransa vətəndaşı olan 69 yaşlı kişinin silahla atəş açması nəticəsində biri qadın, ikisi kişi olmaqla 3 nəfər ölüb. Silahlı hücumdan sonra PKK tərəfdarları Paris küçələrinə axışıb.
Musavat.com xəbər verir ki, hadisə Parisin kürdlərin yaşadığı küçədə baş verib.
Uilyam M. adlı şübhəli polisə əvvəlcə mühacirlərin məskunlaşdığı, Parisin şimalındakı Seine-Saint-Denis bölgəsində hücum etmək istədiyini, lakin sonradan fikrini dəyişdiyini bildirib.
![]()
Fransada şok effekti yaradan hücumdan sonra başlayan etirazlar bir anda zorakılıq aktlarına çevrilib. Polisə daş, stul və başqa əşyalar atan etirazçılar ən azı 4 avtomobili aşıraraq yararsız hala salıblar.
Fransa mediası küçələri döyüş meydanına çevirən PKK tərəfdarlarını tənqid etmək əvəzinə Türkiyəni hədəf almağa üstünlük verib.
Fransanın nüfuzlu qəzetlərindən biri olan Liberation hadisələrlə bağlı xəbəri “Fransada kürdlərə qarşı irqçi hücumun arxasında Türkiyənin kölgəsi var” başlığı ilə oxucularına çatdırıb və məqalədə hücumun təsadüf olmadığını iddia edilib.
![]()
Fransanın BFM telekanalı və RMC radiosu Türkiyə əleyhdarları və ya PKK tərəfdarlarının bəyanatlarına yer verilən verilişlərində Türkiyənin kürd icmasını təcrid etmək arzusunda olduğunu iddia edib: “Türkiyə xüsusi xidmət orqanı kürd icmasını təcrid etmək arzusundadır. Parisdəki hücumun arxasında Ankara dayanır”.
“Le Monde” qəzeti də Türkiyəni hədəf alan xəbərlərində “Parisdə öldürülən kürdlər: Ankaranın onlara qarşı zorakılığından əl çəkmir” başlığından istifadə edib.
Qəzet hücumun arxasında yalnız bir “irqçi şəxsin” göstərilməsinin şübhəli olduğunu irəli sürüb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Musa Qasımlı: “İnsanlara, sahibkarlara işləmək imkanı yaradılmalıdır”
MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var
Deputat seçilən Nigar Arpadarai vəzifəsindən istefa verir
“Elçibəy olmasaydı, Xalq artisti adı ala bilməyəcəkdim” – Flora Kərimova
"Sənət çılpaqlıq olub" - Günel Gülşənə söz atdı
Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma...