FES rəhbəri postuna namizəd uçot dərəcəsinin tədricən artırılmasının tərəfdarıdır

ABŞ-ın Federal Ehtiyatlar Sistemi rəhbəri postuna namizəd Cerom Pauell uçot dərəcəsinin tədricən artırılmasının tərəfdarıdır.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Senatda C. Pauellin FES rəhbəri postuna namizədliyi ilə bağlı dinləmələr keçiriləcək.
“Biz uçot dərəcəsinin tədricən artacağını gözləyirik”, deyə C.Pauell bildirib. Hazırda FES-in İdarə Heyətinin üzvü olan 64 yaşlı hüquqşünas hesab edir ki, uçot dərəcəsinin tədricən artırılması FES-in əsas prioritetlərinə (əhalinin məşğulluğunun artması və sabit qiymətlər) cavab verir.
ABŞ prezidenti Donald Tramp Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri postuna Cerom Pauelin namizədliyini noyabrın əvvəlində irəli sürüb. Prezidentin qərarı Senat tərəfindən təsdiqlənməlidir.
2016-ci ilin dekabrında FES 2008-ci ildən etibarə ilk dəfə uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. Sonuncu dəfə FES 2017-ci ilin iyunda uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb. Uçot dərəcəsinin dekabrda artırılması gözlənilir.
Qeyd edək ki, Canet Yelenin FES rəhbəri postunda səlahiyyətlərinin müddəti 2018-ci ilin fevralında başa çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftlə bağlı sevindirən proqnoz
Manat ucuzlaşır? - Mərkəzi Bankdan AÇIQLAMA
Rus rublu ilə bağlı BƏD XƏBƏR
Dövlət xarici borclanmanı kəskin azaltmağa qərar verdi
Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır
ADB Azərbaycanın dayanıqlı iqtisadi bərpasına görə proqnozunu yaxşılaşdırıb