“Femen” fəalı Poroşenkoya görə Vyana balında soyundu – FOTO (18+)
Avstriyada “Femen” fəalı Ukrayna prezidenti Pyotr Poroşenkoya etiraz olaraq, onun baş çəkdiyi Vyana balında aksiya keçirib.
Bu barədə “Femen”in “Facebook” səhifəsində məlumat verilir.
Fəal Alisa Vinoqradova qırmızı xalıya çıxaraq sinəsini açıb. Onun bədənində ingilis dilində “Poroşenko, get the f**k out of the Ball” (“Poroşenko baldan cəhənnəm ol”) şüarı yazılıb.
“Femen” bildirir ki, bu aksiya ilə dünya ictimaiyyətinə Poroşenkonun, əslində, kübar insanlar arasında olmağa layiq olmadığını bildirməyə çalışıb.
Məlumata görə, fəal Ukrayna lideri pilləkənlərlə eyvana qalxan anda soyunub.
UNİAN Ukrayna müstəqil informasiya agentliyi bildirir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun Avstriyanın Vyana balında iştirakı ölkənin dövlət büdcəsinə 800 min qrivinə başa gəlib. Oxu.Az

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır