“Facebook” sistemdə dəyişikliklər edib
“Facebook” sosial şəbəkəsində 50 milyon istifadəçinin fərdi məlumatının itkisi (bu, həm sosial şəbəkənin maliyyə vəziyyətinə, həm də Mark Zukerberqin nüfuzuna xələl gətirir) ilə əlaqədar davam edən qalmaqal fonunda sosial şəbəkənin nümayəndələri fərdi məlumatların idarəetmə sistemini istifadəçilər üçün daha aydın və əlçatan edəcək dəyişikliklər elan ediblər. Yeniliklərin təsviri “Facebook”un bloqunda dərc edilib.
İlk yenilik “Facebook”un mobil proqramında sosial şəbəkənin sazlamalarından ibarət bölmənin yenidən dizayn edilməsi ilə bağlıdır. Yenilənmiş versiya daha aydın olacaq və bütün sazlamalar bir yerdə əlçatan olacaq. Bundan başqa, yenilənmiş bölmə istifadəçilərə kənar proqramlara əlçatan olan informasiya haqda dəqiq məlumat əldə etməyə imkan verəcək. Həmçinin proqramçılar “Privacy Shortcuts” adlı ayrıca menyu yaradıblar.
Artıq istifadəçilər üçün öz hesabının məxfiliyini sazlamaq, dostlarla paylaşılan informasiyaya nəzarət etmək, “Facebook”da axtarış tarixçəsinə baxmaq və reklam nümayişini sazlamaq daha asan olacaq. Nəhayət, “Facebook”a yüklənmiş bütün məlumatları asanlıqla yükləmək imkanı təqdim edilib.
“ICTnews”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!
