“Facebook” istifadəçilərinə üzücü XƏBƏR - Qadağalar başladı
“Facebook” kənar tədbiqlərə istifadəçilərin məlumatlarının əldə edilməsinə məhdudiyyətlər qoyacaq.
“Bu gündən etibarən “Facebook” (API) proqram interfeysi istifadə edən tədbiqlər qonaqlar siyahısına və “hadisə divarında” dərc edilən postlara giriş əldə edə bilməyəcək.
Gələcəkdə yalnız tərəfimizdən təsdiq edilən və ciddi tələblərə cavab verən tədbiqlər hadisəyə giriş əldə edə biləcək”,-deyə şirkətin yaydığı bəyanatında deyilir. Sözügedən tədbirlər həmçinin istifadəçilərin daxil olduğu qruplara da şamil olunacaq.
Bundan əlavə “Facebook” istifadəçilərin dini və siyasi baxışlarını, münasibətlərinin vəziyyətini, dostlarının siyahısını, həmçinin təhsil və peşə fəaliyyətlərini əks etdirən məlumatlara girişi qadağan edəcək. “Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda Şaxta babalar arasında dava olub- VİDEO
Polşadan 8 Azərbaycan vətəndaşı deportasiya olunub
Avropa Parlamenti: “Zukerberq ifadə verməlidir”
Məşhur müğənni porno ulduzundan övladının olduğunu etiraf etdi
Bayden: “ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün raketlər verməyəcək”
2 polis 11 həmkarını öldürdü
