Etibarnamə verən vəfat edərsə, sənəd etibarsızdır
Etibarnamə, bir şəxsin digərinə onun adından müəyyən işləri görmək üçün səlahiyyət verdiyi hüquqi sənəddir. Bu sənəd, xüsusilə daşınmaz əmlak, avtomobil və bank əməliyyatları kimi əmlak münasibətlərində mühüm rol oynayır. Lakin etibarnaməni verən şəxsin vəfatı bu sənədin hüquqi qüvvəsi ilə bağlı suallar yaradır.
Minval.info xəbər verir ki, hüquqşünas Aysel Süleymanova bildirib ki, etibarnamə verən şəxs vəfat etdikdə, bu sənəd avtomatik olaraq qüvvədən düşür. Şəxsin vəfat etdiyi tarixdən etibarən etibarnamə əsasında hər hansı əməliyyatın aparılması qanunsuzdur. Etibarnamə verən şəxsin vəfatından sonra, onun vərəsələri vərəsəlik hüquqlarını rəsmiləşdirdikdən sonra əmlakla bağlı hüquqları əldə edirlər.
Vəkil Ruslan Mustafayev isə qeyd edib ki, etibarnamənin məqsədi, şəxsin öz hüquqlarını başqa bir şəxsə həvalə etməsidir. Lakin şəxs vəfat etdikdə, artıq bu hüquqları həyata keçirmək mümkün olmur. Etibarnamə verildiyi müddət ərzində qüvvədə olsa da, verən şəxsin vəfatı ilə bu səlahiyyətlər sona çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi