Erməni deputat müharibənin bitmədiyini iddia edir
27 sentyabr Ermənistanda hərbi-siyasi faciə, 44 günlük müharibədə məğlubiyyətin başlandığı gün kimi xatırlanır. Bu tarixin üstündən illər keçsə də, erməni cəmiyyətində həmin məğlubiyyətin təsirləri hələ də hiss edilir.
Minval.info xəbər verir ki, Ermənistan siyasətində revanşist mövqelər hələ də mövcuddur. “Mamul” nəşri yazır ki, parlamentin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan müharibənin hələ bitmədiyini açıqlayıb. Abrahamyan, ordunun və erməni xalqının uduzmadığını iddia edərək, bu fikri ilə diqqət çəkib.
Deputat bildirib ki, müharibənin başlandığı gündən altı il keçməsinə baxmayaraq, yaralar sağalmayıb və bir çox problemlər hələ də həll olunmayıb. O, erməni əsgərinin və xalqının geri çəkilmədiyini, sadəcə aldadıldığını və xəyanətə uğradığını vurğulayıb.
Abrahamyanın sözlərinə görə, müharibə bitməyib, çünki düşmənin əldə etdiklərindən məmnun olmadığı üçün və itkilərin missiyası yarımçıq qaldığı üçün mübarizə davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Məkkə Sazişinə qoşulmaq istəyir: Pezeşkian nəyi hədəfləyir
Kolleclərə qəbulun nəticələri açıqlandı: 1818 abituriyent uğur qazandı
Aİ ölkələri Rusiyaya qarşı sanksiyaları siyasi alətə çevirir
Tramp və Si Czinpin görüşü: danışılmayanlar önəmli ola bilər
Almaniyada Sol Partiyalı Elif Eralp Dobrindtə qarşı iddia qaldırdı
Serbiyada erkən seçkilər: Vuçiç tələbə hərəkatını necə üstələyə bilər?