Ermənistan və i̇ran hərbi əməkdaşlığı: Yeni təlimlər regionda gərginliyi artırır
Ermənistan, İran və Hindistandan aldığı hava hücumundan müdafiə sistemləri ilə təlimlər keçirərək, bu sahədəki əməkdaşlığını nümayiş etdirib. Təlimlərdə İranın “Əqrəb” (“Majid”) adlı yaxınmənzilli HHM sistemi və Hindistanın “Akash” adlı ortamənzilli sistemi istifadə olunub.
Minval.info xəbər verir ki, bu təlimlər Ermənistanın İranla hərbi əlaqələrini genişləndirdiyi bir dövrdə baş verir. Bu əməkdaşlıq, Ermənistanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri ortaya qoyur. İrəvan, bir tərəfdən Qərblə əlaqələrini möhkəmləndirərkən, digər tərəfdən ABŞ və Qərbin təzyiqlərinə baxmayaraq İranla müdafiə sahəsində əməkdaşlığını dərinləşdirir.
İran istehsalı olan HHM sistemlərinin Ermənistan ərazisində nümayiş etdirilməsi, bu əlaqələrin artıq siyasi bəyanatlardan çıxaraq hərbi-texniki müstəviyə keçdiyini göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər