Ermənistan deputatından sərt çıxış: "Tarixi ərazilər" məsələsində yanlış yanaşmalar!
Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputat Arman Yeqoyan, tarixi ərazilərlə bağlı iddialara qarşı çıxıb. O, parlamentdəki çıxışında bu cür yanaşmanın doğru olmadığını vurğulayıb.
Minval.info xəbər verir ki, Yeqoyan, tarixi keçmişə və ya müəyyən dövrlərdə ermənilərin kompakt yaşadığı ərazilərə əsaslanaraq, bu yerləri “erməni vətəni” kimi təqdim etməyin yanlış olduğunu qeyd edib. “Cənab Karapetyan bu tribunada Adananın bizim vətənimiz olduğunu söylədi. Lakin hansı meyara əsaslanaraq? Adananın Kilikiyada yerləşdiyini bilirsinizmi? Biz vətənimizi hansı meyarla müəyyən edirik? Mənim babalarım Xoydan gəliblər. Siz dost ölkəmiz İranla görüşlərdə Xoyun bizim vətənimiz olduğunu deyəcəksinizmi?” deyə o sual edib.
Yeqoyan, Türkiyəyə qarşı ərazi iddialarına da toxunaraq, “Türklərə Adananın bizim vətənimiz olduğunu desəniz, onların nə düşünəcəyini bilirsinizmi? Tarix və tarixi vətən yalnız bizdə deyil. Ərəb xilafəti də burada olub. İndi hansısa ərəb dövləti gəlib desə ki, bura onların vətənidir, necə olacaq?” ifadələrini işlədib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir