Ermənilərin ən məşhur lotusunu həbsxana rəisi "sındırır"
Rusiyadakı lotulardan heç kim Suxobezvodnoe adlanan həbsxanaya düşmək istəmir.
Buradakı qaydalar başqa həbsxanalardan tamam fərqlidir. Yəni oğru qanunları burada işləmir.
Həbsxana rəisi Aleksandr Kolqanov ən qatı cinayətkarları belə ram etməyə qadir olan prinsipial zabit sayılır.
Bugünlərdə həbsxanaya məşhur erməni qanuni oğru Sergey Asatryan etap olunub. Kriminal aləmdə “Seyoja Bentli” ləqəbi ilə tanınan qanuni oğru 9 il həbs cəzası alıb.
Həbsxanaya gəlməsi ilə qanı qaralıb. Əksər həbsxanalarda qanuni oğruların yaşayışı adi məhbusun həyatından büsbütün fərqlənir. Lotunun əynində bahalı geyim olur, onun yaşadığı otaq da ayrıca olur .
Və içində internet, televizor, xalça və sair şeylər lotunun komfort həyatını təmin edir. Soyuducunun boş qalmaması da məhbusların üzərindədir. “Vor zakon”ların əllərində ən bahalı smartfonları kimsə almağa cürət etmir.

Suxobezvodnoedə isə əksinə… Asatryanın əynindəki qırmızı idman formasını çıxarıb adi məhbus geyimi veriblər və ümumi barakda çarpayı ayırıblar. Kolqanov deyib ki, hamı kimi o da işləməyə çıxacaq, yoxsa cərimə karsı və başqa cəzalar mütləqdir.

Asatryanın həbsxanada iğtişaş qaldırmaq istəyi də alınmayıb. Məhbuslar bilir ki, onlarla danışıqlara gedən olmayacaq. Kolqanov xüsusi təyinatlıları çağırsa hamını dubinkalayacaqlar.
Erməni lotu məcbur olaraq azadlıqdakı əlaqələrini işə salıb, prokurorluğa və digər instansiyalara şikayət yazıb.
Hazırda həbsxanada təftiş gedir. Kolqanovu inzabati yolla yumşaltmağa nail olacaqmı-bunu zaman göstərəcək.
Sfera.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təzə gəlin İngiltərə kraliçası ilə ilk rəsmi səfərdə - FOTOLAR
Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
Haitidə Türkiyə vətəndaşları oğurlandı
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürüldü
Yaponiyada güclü yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb
Əfqanıstanda terror qruplaşmasının lideri öldü