Erməni müxalifətinin lideri İlham Əliyev barədə danışdı

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan bu gün parlamentdə çıxış edib.
O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta İrəvanı alacağı ilə hədələyir, o deyib.
“Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında hər bir imkandan istifadə edərək Dağlıq Qarabağ Respublikasını və Ermənistan Respublikasını hədələyir və hətta Ermənistan paytaxtının fəthindən danışır”.
“Biz ölkəmizi qorumaq gücündə olmalıyıq”, “Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik” – o deyib (BBC-Azərbaycanca).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı