Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
Separatçı “DQR”in “Milli Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama verib.
Bizimyol.info xəbər verir ki, Ermənistan KİV-nin verdiyi məlumat görə, işğal altındakı Xankəndində keçirilən mətbuat konfransında Vitali Balasanyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın vaxtilə türütdüyü siyasəti yürüdür. Balasanyanın fikrincə, Paşinyan siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın daxilində muxtariyyət verilməsidir.
“Sputnik Ermənistan”ın yazdığına görə, o, həmçinin mətbuat konfransında olanları inandırıb ki, MDB başçılarının Düşənbədəki sammitinin kuluarlarında liftdə Nikol Paşinyan və İlham Əliyevin nə barədə danışdıqlarını bilir.
“Bizim öz mənbələrimiz var. Baş nazirin kimlə görüşdüyünü bilirik, lift diplomatiyasından xəbərdarıq. Ancaq bütün bunlar barədə sadə bir səbəbdən danışmadıq. Biz baş nazirin Əliyevlə nə barədə danışdıqlarını təqdim etməsini gözlədik”, – deyə separatçı vurğulayıb.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
Xatırladaq ki, 2018-ci ilin sentyabrında Düşənbədə Müstəqil Dövlətlər Birliyinin zirvə toplantısı keçirilib, həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər. O vaxt televiziya kameraları İlham Əliyevlə Nikol Paşinyanın eyni liftdə birlikdə qalxdıqları anı qeydə almışdılar.(virtualaz.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!
