Erməni diversant Azərbaycan dilində danışır: “El bilir ki, sən mənimsən...” - VİDEO
Ermənistan ordusunun diversantı Arsen Baqdasaryan 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində mina basdırarkən Azərbaycan Ordusu tərəfindən tutulub.
Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. A.Baqdasaryan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib.
Həbsxanada bizim dildə danışmağı öyrənən Arsen Baqdasaryan Azərbaycan bayrağını da başının üstündən asıb. O, bayrağı özü hazırlayıb.
Baxmayaraq ki, Arsen cinayət törədib, ona Azərbaycanda heç bir zorakılıq tətbiq edilməyib. Bunu o, “Qarabağ: əsirlər və girovlar – Közərən Xaç” filminin çəkilişi zamanı etiraf edib.
Arsen Baqdasaryan həbsxanadan Ermənistana mesaj da verib. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə o, ailəsi ilə tez-tez əlaqə saxlayır. Hətta qardaşını yeni doğulan uşağına görə təbrik edib.( XəzərTV)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı