Elektrik vuran işçinin həyat yoldaşı hamını qəhərə boğub - VİDEO
Türkiyənin Adana şəhərində elektrik vurması nəticəsində həyatını dəyişən İbrahim Dəmirin həyat yoldaşı “İbrahim, məni niyə buraxıb getdin?” fəryadı ilə hamını kədərləndirib.
Minval.info xəbər verir ki, Adanada fabrikin dam örtüyünü düzəldən iki işçini elektrik vurub. Yüksək gərginlikli elektrik xəttinin üstündə işləyən işçilər xəstəxanaya aparılsa da, onların həyatını xilas etmək olmayıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Daha sonra İbrahimin atası, bacısı və həyat yoldaşı da fabrikin olduğu yerə gəlib. Polis mərhumun qohumlarını içəriyə buraxmasa da, bəziləri dəmir darvazanın üstündən keçə biliblər, İbrahimin bacısı da onların arasında olub.
İbrahimin həyat yoldaşı məsul şəxsləri təhlükəsizliyin təmin olunmadığı səbəbilə günahlandırıb.
Onu da qeyd edək ki, İbrahimin 4 uşağı var, sonuncu 15 gün əvvəl dünyaya gəlib.
Minval.info
https://www.dailymotion.com/video/x6k5d1d
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı