Hökumətin etibarını, mütərəqqi sosial siyasətlərini və nüfuzlu ədalət sistemini nəzərə alaraq dünyanın ən yaxşı idarə olunan  altı ölkəsi hansıdır?

Bir ölkənin yaxşı idarə olunduğunu necə qiymətləndiririk? Hökumətlər korrupsiyanı azaltmaq, təhsil və tibbi təşəbbüslərə rəhbərlik etmək üçün yüksək səviyyədə fəaliyyət göstərən bir cəmiyyət yaratmaq üçün müxtəlif siyasətlərə riayət edirlər.

Bu siyasətlərin effektivliyini ölçmək üçün, Ümumdünya Ədliyyə Layihəsinin Qanunun suverenlik indeksi, Dünya Bankının İdarəetmə İndeksi və Sosial İnkişaf İndeksi kimi cari məlumatları (göstəriciləri) istifadə edərək ölkələrin müxtəlif kateqoriyalara görə performansları qiymətləndirilir.

Danimarka

Skandinaviya  ölkələri hər bir indeksin ilk sıralarında yer alır və bunların arasında Danimarka liderdir. Danimarka 2017-ci ildə Sosial İnkişaf İndeksinin “Əsas İnsan Ehtiyacları” kateqoriyasında mükəmmələ yaxın bir yerdədir. Bu kateqoriya, vətəndaşların qidalanma və sağlamlıq ehtiyaclarının qarşılanmasından, təməl məlumatlara və ünsiyyətə qədər uzanan bir sıra mövzuları əhatə edir.

Danimarkada yaşayan hər kəs bu hüquqlardan faydalana bilər. Xarici tələbələrə maliyyə yardımı və pulsuz dil kursları verilir. Sosial sistem bürokratiyadan çox güvənə əsaslanır. (etibar edir) Belə ki, insan xəstə olduqda, iş yerinə zəng edərək  işə getməyəcəyini söyləməsi kifayətdir. Ancaq Almaniyada işçilər və tələbələrin həkimdən arayış almaqları lazımdır.

Danimarkada həyat digər Avropa ölkələrindən daha bahalıdır və AB-də ən yüksək vergilər bu ölkədədir. Bu yolla xidmətlər subsidiyalaşdırılır. Danimarka xalqı dostları ilə görüşmək və söhbət etmək, eyni zamanda şam yeməyini çox sevirlər.

Yeni Zelandiya

Avstraliya və Yeni Zelandiya indeks sıralamasının üstündədir, lakin Yeni Zelandiya siyasi sabitlik, əsas hüquqların inkişafı,şiddət və terrorizm olmaması baxımından bir qədər irəliləyir.

Yeni Zelandiya 1893-ci ildə qadınlara səs vermək hüququnu verən ilk ölkə oldu. Yalnız analara, uşaqlara, tələbələrə və yaşlılara həsr olunmuş bir çox xidmətləri var.

Kanada

ABŞ və Kanada bütün göstəricilərdə də yüksəkdir, lakin Kanada siyasi sabitlik və şiddət-terrorist hərəkətlərin olmaması baxımından  daha çox xal qazanır. Bəslənmə və sağlamlıq, əsas bilik və şəxsi hüquqlar baxımından Kanada skandinaviya ölkələri qədər  yaxşıdır.

Kanadalılar da ədalətli davranışları ilə tanınırlar.

Yaponiya

Dünya Bankının hökumət fəaliyyəti, qanunun aliliyi və siyasi sabitlik göstəriciləri baxımından Asiya ölkələrində ən yüksək xal alan ölkə Yaponiyadır. Sosial İnkişaf İndeksindəki əsas informasiya, su, kanalizasiya, qidalanma və səhiyyə xidmətlərinə çıxış baxımından Asiyada ən yüksək səviyyədədir.

Yaponlar  sosial və ictimai xidmətlərə böyük dəyər verirlər.

Hər kəsin sağlamlıq sığortası var. Ödənişlər əmək haqqından asılıdır və əmək haqqından birbaşa kəsilir. Amma hər kəs istədiyi həkimə gedə bilər və bu xidmətlərə görə ödəniş haqqı müəyyənləşdirilir. Ancaq əhalinin yaşlanması problemi çox böyükdür. Dünyanın ən yaxşı xərçəng həkimləri Yaponiyadadır.

Həmçinin Yaponiya  təhsil sahəsində də olduqca qabaqdadır.

Botsvana

Botsvana Afrikada ən güclü hökumət sisteminə malikdir. Xüsusilə rüşvətə qarşı mübarizədə, qanunun aliliyi hakimiyyət indeksində üst səviyyədədir. 1990-cı illərdə rüşvət və korrupsiya ilə sarsılan ölkədə 1994-cü ildə yaradılan komissiya, rüşvətlə məşğul olan vəzifəliləri araşdırmağa və cəzalandırmağa davam edir.

Bundan əlavə, almaz mədəninin istifadəsindən əldə olunan gəlir ölkədə ədalətli şəkildə paylanılır.

Botsvanalılar  hesab edir ki, problemləri müharibə əvəzinə müzakirə etmək və yekunlaşdırmaqla həll etmək lazımdır.

Fərdi azadlıqlar, mətbuat azadlığı və mülkiyyət hüquqlarına böyük əhəmiyyət verilir. Bu, irqi, dili, cinsi əleyhinə, ədalətsizliyə qarşı mübarizə aparmayan bir cəmiyyətdir.

500-dən çox kənddə məktəblər və sağlamlıq mərkəzləri var. HİV / AİDS epidemiyasına qarşı mübarizədə ilk addımları atan ilk ölkələrdən biridir  və HİV virusu olan hər kəsə pulsuz dərman verilir.

Botsvana hökuməti həmçinin ətraf mühitin mühafizəsi baxımından mühüm addımlar atır. Turizmdən əldə edilən gəlirin əksəriyyəti milli parkların və yabanı heyvanların qorunmasına həsr olunur.

Çili

Çili ayrıca, şəffaflıq, rüşvətə qarşı mübarizə və əsas məlumatlara çıxış və səhiyyə xidmətlərinə çıxışı olan, Latın Amerikasının ən sabit və korrupsiyaya qarşı mübarizə hökumətlərindən biri kimi sıralanır.

Xaricilərin mülkiyyət əldə etmək (edilməsi) prosesi bir neçə həftə ərzində nəticələnir. Bürokratiyanın olması ilə birlikdə  əməliyyatları davam etdirmək problem deyil. Mühacirət üçün müraciət prosesi bir qədər uzun olsa da, problemin həllindən sonra yaşamaq çətin deyil.

Sağlamlıq sığortası təsirli və çox bahalı deyil. Çili güclü sahələrindən biri yol, su və elektrik kimi keyfiyyətli infrastruktur xidmətidir.

Xaricilərlə  əlaqədar açıq və səmimi bir münasibət olsada, sərt ictimai sinif sistemi ölkənin yuxarı sosial dairələrinə daxil olmağı çətinləşdirə bilər.

Günel Hüseynli

Minval.İnfo