Dünyanın ən yaxşı 1000 universiteti: Azərbaycan yenə siyahıda yoxdur

Dünya Universitet Reytinq Mərkəzi (CWUR) 2018-2019-cu təhsil üçün dünyanın ən yaxşı 1000 universitetinin siyahısını tərtib edib.
Azxeber.com qurumun saytına istinadən xəbər verir ki, siyahıda ABŞ universitetlərinin açıq fərqlə liderliyi nəzərə çarpıb.
Bu ölkənin 213 universiteti həmin siyahıda özünə yer tapa bilib. İlk 20 pillədə isə 16 ABŞ universiteti qərarlaşıb.
Maraqlısı budur ki, Azərbaycanın heç bir universiteti yenə siyahıya düşə bilməyib.
Bundan başqa, qonşularımızdan Ermənistan və Gürcüstan da reytinqdə yer ala bilməyib. Qardaş Türkiyənin isə 13 universiteti ən yaxşılar sırasına daxil edilib. İranın 12, Rusiyanın isə 5 universiteti 1000 universitet arasında qərarlaşıb.
Qeyd edək ki, reytinq siyahısı təhsil səviyyəsi, əmək bazarında məzunlara duyulan ehtiyac, elmi nəşrlərin keyfiyyəti, elmi sahəyə təsiri və istinad olunması kimi kriteriyalar əsasında hazırlanıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı