Dünyanın ən ucuz şəhəri - Almatı, ən bahalısı - Sinqapur

Dünyanın ən bahalı şəhərləri reytinqində Sinqapur ardıcıl olaraq 4-cü il lider yerini qoruyub. “Report” xəbər verir ki, bu barədə “The Economist Intelligence Unit” jurnalının araşdırmasında bildirilir.
Araşdırmaya görə, reytinqdə ikinci sıranı Honq-Konq, üçüncü yeri isə Sürix (İsveçrə) tutub. Reytinqin hazırlanmasında (140 ölkənin 1 000 şəhəri üzərə) 160 adda mal və xidmətlərin qiymətləri müqayisə edilib.
İlk onluqda həmçinin Tokio (Yaponiya), Osaka (Yaponiya), Seul (C.Koreya), Cenevrə (İsveçrə), Paris (Fransa), Nyu-York (ABŞ) və Kopenhagen (Danimarka) yer alıb.
Ən ucuz şəhər statusuna isə Qazaxıstanın paytaxtı Almatı şəhəri layiq görülüb. Ən ucuz 10 şəhər arasında (cədvəldə aşağıdan yuxarı) Laqos (Nigeriya), Banqalor (Hindistan), Karaçi (Pakistan), Əlcəzair (Əlcəzair), Çennay (Hindistan), Mumbai (Hindistan), Kiyev (Ukrayna), Buxarest (Macarıstan) və Nyu-Deli (Hindistan) da var.
Son 12 ayda reytinqi ən çox zəifləyən şəhərlər arasında ilk 10-luqda Mançester (B.Britaniya), Buenos-Ayres (Argentina), London (B.Britaniya), Pekin (Çin), Suçjou (Çin), Laqos (Nigeriya), Quançjou (Çin), Tianjin (Çin), Dalian (Çin) və Mexiko (Meksika) olub.
Son 12 ayda reytinqdə ən sürətlə yüksələn 10 şəhər isə San-Paolo (Braziliya), Rio-de-Janeyro (Braziliya), Vellinqton (Y.Zelandiya), Okland (Y.Zelandiya), Brisbon (Avstraliya), Adelaida (Avstaraliya), İstanbul (Türkiyə), Montevideo (Uruqvay), Moskva (Rusiya) və Reykyavikdir (İslandiya).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır