Dünyanın ən sülhsevər ölkələri açıqlandı – SİYAHI

İslandiya “qlobal sülh indeksinə” başçılıq edir. Reytinq cədvəlində ilk beşliyi Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka tamamlayır.
Oxu.Az xəbər verir ki, 163 ölkədən ibarət siyahını Beynəlxalq iqtisadiyyat və sülh institutu hazırlayıb.
BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrdən Britaniya 57-ci, Fransa 61-ci, Çin 122-ci, ABŞ 121-ci, Rusiya 154-cü yerdə qərarlaşıb.
Reytinqdə ən axırınca yerdə vətəndaş müharibəsinin davam etdiyi Suriya Ərəb Respublikası gəlir. Azərbaycan indeksə görə 132-ci yerdə göstərilib. İran 131-ci, Ukrayna isə 152-ci pillədə yer alır.
İndeks hazırlanan zaman 23 müxtəlif faktor nəzərə alınıb. Sənədin müəllifləri qeyd edir ki, son on il ərzində dünyada sülh göstəricisi ən aşağı səviyyəyə düşüb. Təkcə ötən il zorakılıqların, o cümlədən müharibələrin qlobal iqtisadiyyata 14,8 trilyon dollar ziyan vurduğu bildirilir.
Minval.İnfo


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı