Dünyanın ən geridə qalmış insanları - Palçıq qəbiləsi - FOTOLAR
Papua-Yeni Qvineya qəribə maskaları, keçilməz meşələri, şirin kartofların və donuzların geniş yayıldığı fərqli bir mədəniyyətdir.
Üstəlıik burada hələ əcnəbilərin ayağı dəyməmiş bir çox yer və sivilizasiyadan kənar qəbilə var. Onlardan biri də Goroka yəni palçıq qrupu qəbiləsidir.
Minval.info məlumat verir ki, qəbilə ölkənin qərbində ayaq dəyməmiş Uagi vadisində yaşayır. Demək olar ki, buraya heç bir avromobil yolu, elektrik xətti çəkilməyib. Maraqlısı budur ki, vadidə qoyun, keçi, inək kimi təsərrüfat heyvanları da yoxdur. Velosiped, avtomobil, restoran, mağaza belə burada mövcud deyil. Ölkənin ən böyük üçüncü region olsa da, “vəhşi sərhəd” adı ilə tanınır və heç bir inkişafdan söhbət gedə bilməz. Papua-Yeni Qvineyada müxtəlif qəbilələr 800-dən çox fərqli dildə danışır və Goroka qəbiləsi qonşu kənddə yaşayan qrupun dilini belə bilmir.
Burada sadəcə donuzçuluq təsərrüfatı ilə məşğul olurlar və klanlar digər kəndin qoyunlarını ələ keçirmək üçün müharibə edir. Cadugərlik qəbilələrin digər bir məşğulluq sahəsidir. Nə qədər ovsunlanma və qorxutma bacarığı güclü olarsa, kənd də bir o qədər qüvvətli hesab edilir. Ona görə də, palçıq qəbiləsi onları qorxunc göstərəcək maskalardan istifadə edir.
Hər il 16 senytabrda turistlər üçün mədəniyyət günləri keçirilir. Goroka qəbiləsi üç gün davam edən şouda maskalarını geyinib, öz adətlərini icra edir. İstifadə etdikləri maskalar turistlərə maraqlı gəlsə də, əslində qorxunc ruhları və totemləri ifadə edir.
Dəniz
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yorğunluq hiss edirsinizsə qan şəkərinizi yoxladın
İspaniyada etiraz dalğası yenidən alovlanıb
Məşhur spirtsiz içkidən siçan çıxdı - Foto
ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı
Zəlzələ anında canını heçə sayan işçiyə müdir belə jest etdi - VİDEO
Minimum əmək haqqının ən yüksək olduğu 9 ölkə — SİYAHI və RƏQƏMLƏR

