Dünyanın ən bahalı brendləri - Yeni reytinq
“Kantar Millward Brown” marketinq agentliyi dünyanın ən bahalı brendlərinin yeni reytinqini tərtib edib.
Minval.info ICTnews-a istinadən xəbər verir ki, siyahıda birinci yeri 1 il əvvəl olduğu kimi, 302,1 milyard dollar qiymətləndirilən “Google” brendi tutub.
“Apple” 300,6 milyard dollar qiymətləndirmə ilə ikinci mövqedə qərarlaşıb. Liderlər üçlüyünü il ərzində 1,5 dəfə – 207,6 milyard dollaradək bahalaşan “Amazon” brendi tamamlayıb.
Reytinqdə iştirak edən bütün 100 brendin ümumi dəyəri il ərzində 21 faiz artaraq 4,4 trilyon dollar təşkil edib.
Qeyd edək ki, “Kantar Millward Brown” mütəxəssisləri reytinqin hazırlanması üçün dünyanın 3,6 milyon istehlakçısının 50 bazarda təmsil olunan 120 min brendə münasibətini öyrənib, eləcə də brend sahibi olan şirkətlərin maliyyə göstəricilərini tədqiq ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
Müəllimlərin maaşı 35 faiz artır!
Neftin qiyməti kəskin artdı: 108,71 dollar
Neftin qiyməti 100 dollara yaxınlaşır!
Birbank əməliyyatlarında yeni komissiya tətbiqi
Avropada qazın qiyməti 4 ilin zirvəsində!