Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları sürətlə artmaqda davam edir. Hələ ki, bu virusa qarşı vaksin hazırlanmayıb.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 800 min 23 nəfər, ölənlərin ümumi sayı isə 38 min 748 nəfərdir. Siyahıda birinci yerdə   ABŞ-dır. Son bir neçə saatda   ABŞ-da koronavirusa yoluxanların sayı 515,  ölənlər isə 17 nəfər olub. Bildirək ki, gün üçün ümumi rəqəmlər axşam saatlarında açıqlanacaq.Ümumilikdə bu ölkədə 164 min 359 nəfər koronavirusa yoluxan, 3 min 173 nəfər bu virusdan ölən var.  ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 67  min 325 nəfər koronavirusa yoluxan, 1342 nəfər isə ölən var.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, İspaniya, Çin, Almaniya gəlir. İtaliyada koronavirusdan son saatlarda yoluxanların və ölənlərin sayı hələ açıqlanmayıb. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı  101 min 739 nəfər, ölənlərin ümumi sayı isə 11 min 591 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.

İtaliyadan sonrakı sıraya İspaniya yüksəlib. Bu ölkədə yoluxma və ölüm halları sürətlə gedir. Belə ki, son saatlarda İspaniyada bu virusa 6 min 461 nəfər yoluxub, 473 nəfər ölüb. Ümumilikdə bu ölkədə 94 min 417 nəfər yoluxan, 8 min 189 nəfər ölən var.

Çində isə gün ərzində 79 nəfər yoluxub, 5 nəfər ölüb. Bu, ötən günlərlə müqayisədə yoluxma sayının artması deməkdir. Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 518) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 305 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb.

Almaniyada  son saatlarda 166 nəfər yoluxub, 5 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 67 min 51 nəfər, ölən isə 650 nəfərdir.

Ümumilikdə dünyada hazırda 591  min 280 nəfər koronavirus xəstəsi var. Onlardan 30 min 281 nəfərinin vəziyyəti ağırdır.

Bu gün dünyada koronavirusa ümumilikdə 15 min 308 nəfər yoluxub, 965 nəfər isə ölüb. Bildirək ki, dünya üzrə əsas rəqəmlər Bakı vaxtı ilə axşam saatlarında açıqlanır