Dubay əmirinin qızı fransız casusla qaçıb – VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri Məhəmməd bin Rəşid əl-Maktumun 33 yaşlı qızı Lətifə ölkədən qaçıb.
Oxu.Az xəbər verir ki, bu barədə “New York Post”-da məlumat yayılıb.
Ölkədən qaçmış əmirin qızı öldürüləcəyi və ya başına başqa bir bədbəxt hadisənin gələcəyi təqdirdə, insanların həqiqəti bilməsi üçün videomüraciət hazırlayıb.
Videoda gənc qadın ölkəsində normal şəkildə yaşaya bilmədiyini, ona görə, qaçmaq qərarına gəldiyini bildirib. Lətifənin sözlərinə görə, o zəngin şeyxin 30 övladından biridir. Bundan əvvəl bacısının da oxşar səbəblərə görə ölkədən qaçdığını bildirib.
Əmirin qızı iddia edir ki, Dubayda ona seçim imkanı verilmir, avtomobil sürmək qadağan olunur, şəxsi həyatı isə ciddi nəzarət altındadır.
Lətifəyə ölkədən qaçmağa keçmiş fransız casusun kömək etdiyi bildirilir. “The Daily Mail”in iddiasına görə, əmirin qızı Hindistanın cənub sahillərinə istitqamət alan yaxtada gizlənir. Onun ABŞ-dan siyasi sığınacaq istəyəcəyi bildirilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!