Donalt Tramp: "Mən irqçi deyiləm"
Haiti, Salvador və bəzi Afrika ölkələri haqqında “kanalizasiya çuxuru” ifadəsini işlətməsi səbəbiylə irqçiliklə günahlandırılan ABŞ prezidenti Donalt Tramp iddialara cavab verib.
Minval.İnfo xəbər verir ki, Tramp irqçi olmadığını deyib: “Xeyr, qətiyyən irqçi deyiləm. Bu həyatda gördüyünüz ən az irqçi insan mənəm”
“Washington Post” qəzetinin xəbərinə görə, Tramp bu ifadəni immiqrantlarla bağlı bir görüşmədə deyib.
Tramp daha əvvəlki çıxışında da bu iddiaları yalanlayıb: “Görüşdə işlətdiyim ifadə sərt idi, ama dediyim sözlər tam olaraq bunlar deyildi”.
Digər tərəfdən bu ifadəsinə görə Trampı qınayan bir sıra nümayişçi Ağ evin qarşısında aksiya keçirib.
Tamerlan Mehdi
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
