Donald Tramp: "ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində deyil"
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində olmadığını bildirib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.
“Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərəcəyimizlə bağlı bugünkü məlumat yalandır, ya da dəqiq desək, saxta xəbərdir!”, – o bildirib.
Qeyd edək ki, daha əvvəl “Fox News” telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadən Pentaqonun İranla mübarizə üçün üçün Yaxın Şərqə 7 minədək hərbçi göndərəcəyini bildirmişdi. Bundan əvvəl isə “The Wall Street Journal” nəşri ABŞ-ın regiona 14 min hərbçi göndərmək ehtimalını nəzərdən keçirdiyini yazmış, Pentaqon bu fikri təkzib etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir