27.12.2017 - 07:00
Dünya
20 baxış
Dominikanda onlarla insan alkoqollu içkidən zəhərlənib

Dominikan Respublikasında onlarla insan alkoqollu içkidən zəhərlənib.
“Report” xəbər verir ki, bu barədə TASS agentliyi ölkənin Səhiyyə və Sosial Təminat Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Haiti ilə sərhəddəki qərbi Elias-Piyna vilayətində baş verib. Belə ki, tərkibində yüksək miqdarda etanolun olduğu içkidən 32 nəfər zəhərlənib. Onlardan 12-i ölüb.
Hakimiyyət orqanlarının məlumatına görə, içki Los-Kakaos şəhərində əldə edilib. Hazırda müvafiq orqanlar insanlara öldürücü içkinin kimin tərəfindən satıldığını araşdırır.
Həmçinin Haitidə də bir neçə nəfərin analoji alkoqoldan zəhələnərək ölməsi barədə məlumat var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33