Detroytda dərsə davam edənlərə pul mükafatı!
ABŞ-nin Detroyt şəhərində məktəblilərin dərslərə müntəzəm davam etməsi üçün xüsusi təşviq proqramı həyata keçiriləcək. Bu proqram çərçivəsində yuxarı sinif şagirdləri beş gün ərzində bütün dərslərdə iştirak etdikləri halda 100 dollarlıq Visa hədiyyə kartı ilə mükafatlandırılacaqlar.
Minval.info xəbər verir ki, ötən tədris ilində bu təşəbbüs nəticəsində təxminən 12,800 şagird ən azı bir dəfə 100 dollarlıq hədiyyə kartı əldə edib. Bu müddət ərzində yuxarı sinif şagirdləri arasında davamiyyətsizlik göstəricisi 64 faizdən 54 faizə enib.
Yeni tədris ilindən etibarən proqram 6-8-ci sinif şagirdlərini də əhatə edəcək. Bu yaş qrupundakı şagirdlər bir həftə ərzində dərsləri buraxmadıqları halda 50 dollar, yuxarı sinif şagirdləri isə 100 dollar əldə edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-dan İrana TRIPP zəmanəti: Tehran razılaşacaq?
ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərir
İsrail Hizbullahın PUA hücumuna cavab verdi
Sakiler qrupu musiqi səhnəsindən ayrıldı
Mehdiabadda sahibkarlar işıqsız: Kabel niyə yanır?
Ukraynada qadınlar orduya çağırılmır!
Xameneinin müşaviri: ABŞ-nin Yaxın Şərqdə yeri yoxdur