Deputatdan manat açıqlaması: “Bu, manata təsir göstərə bilər”
“İlin axırına kimi manat dəyərini qoruyub saxlayacaq”.
Bunu bizimyol.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib.
O, bildirib ki, Azərbaycanda manatı qoruyan amillər var: “Birincisi, neftin qiymətidi. Neftin qiyməti yüksəkdir, bu gün təxminən 80 ABŞ dolları səviyyəsindədir.
İkincisi, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. İdxal-ixrac əməliyyatlarının həcminin artması Azərbaycana əlavə vəsait daxil olur.
Üçüncüsü, Mərkəzi Bankın pul-kredit siyasətinə, pulun dövriyyəsinə cidi nəzarəti var”.
V.Əhmədov bildirib ki, üç mexanizmin birində problem yaranarsa, bu manata təsir göstərə bilər: “Hələlik bunlar qorunub saxlanılır. İlin axırına kimi manat dəyərini qoruyub saxlayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Bu ölkə “Lukoyl”un aktivlərini ALIR
Gələn il pensiyalar nə qədər artırıla bilər?
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək
