Deputat xüsusi təyyarə ilə Türkiyəyə aparıldı

Türkiyəli deputat Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə xüsusi təyyarə ilə aparılıb.
İstanbuldakı bir özəl xəstəxanada həkim nəzarətindən keçdikdən sonra evində istirahət edən İhsanoğluna Türkiyə prezidenti Ərdoğan və baş nazir Binəli Yıldırım zəng edib. Onlar millət vəkilinə sağlamlıq arzu edərək, istənilən köməyə və dəstəyə hazır olduqlarını qeyd ediblər.
Qeyd edək ki, 75 yaşlı millət vəkili ötən cümə günü Bakıda keçirilən “VI Qlobal Forum”da iştirak edərkən infarkt keçirib. Çıxışını yarıda kəsən deputat “Mərkəzi Klinik Xəstəxana”ya aparılıb. Həkimlər infarkt keçirən deputatı əməliyyat ediblər. 36 saat reanimasiyada saxlanılan deputat artıq İstanbulda müalicə olunmaq istəyib. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə türk millət vəkili özəl təyyarə ilə İstanbula aparılıb.(ölkə.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!