Deputat Fəzail İbrahimli: "Seçicilərimlə ən çox yasda görüşürük" - VİDEO
“Seçicilərimlə görüşlərim yas mərasimlərində olur. Demək olar ki, günümüz orda keçir”
Minval.İnfo xəbər verir ki, bunu 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputat seçilən Fəzail İbrahimli ATV telekanalında yayımlanan “Geriyə Baxanda” verilişində qonaq olan zaman deyib.
“Millək vəkili olaraq seçicilərinizlə ünsiyyətiniz necə qurulur” sualına Fəzail İbrahimli belə cavab verib: “Bunun bir neçə forması var. Yas mərasimlərində görüşürük. Demək olar ki, günümüz orada keçir. Tanıdığım, xəbər tutduğum insanların yasında iştirak edirəm. Həmçinin, mənim qəbuluma gələn adamların heç biri deyə bilməz ki, 17 ildə 17 dəqiqə orada gözləyib. Bəzən bazar günləri də qəbuluma gələnlər olur. Bazar günü olmasına baxmayaraq onlarla qəbul edirəm. Şəxsi ofisim yoxdur, onlarla Milli Məclisin qəbul şöbəsində görüşürəm. Mobil nömrəm demək olar ki, seçicilərimin 50 faizində var”.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
Şəxsi ofisinin olmadığını deyən deputat Fəzail İbrahimlinin oğlu, 1987-ci təvəllüdlü Tural İbrahimlinin 50 min dollar dəyərində “Jeep Wrangler” markalı avtomobili var.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!