Çoxuşaqlı ailələrə yeni sosial dəstək müjdəsi
Çoxuşaqlı ailələr üçün müavinətlərin artırılması və sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təkliflər Milli Məclisə təqdim olunub. Təkliflərdə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bu dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq. Belə ailələrdə hər uşağa görə aylıq müavinət ödənilməsi, həmçinin valideynlərin daha erkən pensiyaya çıxması təklif edilir.
Minval.info xəbər verir ki, layihədə üç uşaqlı ailələr üçün pensiya yaşının 3 il, dörd uşaqlı ailələr üçün 4 il, beş və daha çox uşağı olan ailələr üçün isə 5 il azaldılması nəzərdə tutulur. Mövcud meyarın dəyişdirilməsi daha çox ailənin dövlət sosial dəstəyindən yararlanmasına imkan verə bilər. Bu addımın eyni zamanda üç və daha çox uşaqlı ailələrin sosial təminatının gücləndirilməsinə və ölkədə təbii artımın stimullaşdırılmasına xidmət edəcəyi gözlənilir. Təkliflərlə bağlı Milli Məclisdə müzakirələrin aparılması gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı