Çində bayram günlərində dəmir yolu ilə 284 milyon sərnişin daşınacaq
Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə başlanan bir həftəlik bayram tətilində, oktyabrın 1-də, dəmir yolu ilə 25 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artım göstərir və ölkə üçün yeni gündəlik rekord hesab olunur.
Minval.info xəbər verir ki, “Çin Dövlət Dəmir Yolu Qrupu”nun məlumatına əsasən, bayram günlərində ümumilikdə 284 milyon sərnişinin dəmir yolu ilə daşınması proqnozlaşdırılır. Bu müddət ərzində ölkə daxilində müxtəlif nəqliyyat vasitələri ilə səyahət edənlərin ümumi sayının 2 milyardı keçəcəyi gözlənilir. Bu da gündəlik olaraq təxminən 300 milyon nəfərin yolçuluq edəcəyini göstərir.
Bayram dövründə hava nəqliyyatına maraq da artıb. Hər gün təxminən 2,4 milyon sərnişinin hava yolu ilə səyahət edəcəyi gözlənilir. Xaricə uçuş rezervasiyaları isə 22,5 faiz artıb.
Xüsusilə Tailand, Malayziya, Vyetnam və Laos kimi ölkələrə olan rezervasiyalarda 20 faiz artım müşahidə olunur. Bu, Çin və qonşu ölkələr arasında turizm əlaqələrinin gücləndiyini göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ukraynaya səfər etməməyi yenidən tövsiyə etdi
Almaniya prezidenti: Ölkə Weimar dövrü kimi parçalanma riski ilə üzləşir
İspaniyada kirayəçilərin müdafiəsi rədd edildikdən sonra etirazlar dalğası
Paşinyan: Ermənistan vətəndaşı Tanrıya inanmalıdır
Rusiya Berlin və Londonu hədəf ala bilər: təhdidlər nə dərəcədə realdır?
Şimali Koreya Seuldan üzr istəmə tələbini raket atəşi ilə cavablandırdı