Çində tarixi qərar gözlənilir: Məhdudiyyət ləğv edilir

Çin hökuməti ailə başına düşən uşaq sayı məhdudiyyətini ləğv edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, müvafiq qərar cari ilin sonuna qədər qəbul oluna bilər. Çin bu yolla ölkə əhalisinin sürətlə qocalması problemi ilə mübarizə aparmağı, həmçinin beynəlxalq tənqidlərə son qoymağı düşünür.
Qeyd edək ki, Çində “bir ailə – bir uşaq” məhdudiyyəti siyasəti ölkənin demoqrafik partlayış ərəfəsində olduğu vaxt – 1979-cu ildə qəbul edilib.
2015-ci ilin oktyabr ayında Çin Kommunist Partiyasının 5-ci plenumunda ailənin birdən çox uşaq saxlamasına qoyulan qadağa aradan qaldırılıb. Bütün çinli ailələrə iki uşaq saxlamağa icazə verən qanun isə 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır
Beyində xatirələrin sinxronlaşma sirri açıldı