Çin heyətinin olduğu gəmi Benqal körfəzində batdı
Çin heyətinin olduğu yük gəmisi Hindistanın şərqində, Odişa ştatının Paradip limanından 240 dəniz mili məsafədə, Benqal körfəzində batıb. Gəmi Panama bayrağı altında üzürdü.
Minval.info xəbər verir ki, gəminin göyərtəsində 24 heyət üzvü olub və gəmi Odişadan dəmir filizi yükü ilə Sinqapura gedirdi. Avqustun 20-də Paradip limanına daxil olan gəmi daha sonra yoluna davam edib.
Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Ərazidə olan digər gəmilərə də xəbərdarlıq edilərək xilasetmə işlərinə kömək göstərilməsi xahiş olunub. Yerli polis nümayəndəsi bildirib ki, hakimiyyət orqanları hələlik neçə nəfərin xilas edildiyini müəyyənləşdirməyə çalışır. Polis nümayəndəsi dənizçilərin əksəriyyətinin Çin vətəndaşları olduğunu da əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır