09.11.2017 - 13:41
Dünya 1 baxış

Çin ABŞ-dan 300 təyyarə alacaq

Çin ABŞ-dan 37 mlrd. dollar dəyərində 300 ədəd təyyarə alacaq.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Boeing” şirkətinin rəsmi məlumatında bildirilir.

Belə ki, “China Aviation Supplies Holding Company” şirkəti ilə ABŞ-ın “Boeing” şirkətinin imzaladığı müqavilə ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Si Tsinpinin iştirakı ilə bağlanıb.

Qeyd edək ki, ABŞ prezidentinin Çinə səfəri noyabrın 10-dək davam edəcək. Səfərin ilk 2 günü ərzində ölkələr arasında 253,4 mlrd. dollarlıq bir sıra ticarət müqavilələri imzalanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: