Çernobıl faciəsi haqqında gizlədilən faktlar- FOTOLAR (+18)
Çernobıl faciəsinə 26 aprel 1986-cı ildə atom stansiyasında baş verən dəhşətli partlayış səbəb olub. Stansiyanın bir hissəsinin tamamilə dağılması havaya küllü miqdarda radiasiyanın sızması ilə nəticələnib. 115 insan qonşu rayonlara evakuasiya olunub. Partlayış özü ilə dəhşətli fəsadlar gətirib. 30 mindən çox insan bu partlayışdan əziyyət çəkib.
Minval.info bildirir ki, mediada yayılan bəzi məlumatlarda rəqəmlər yetəri qədər şişirdilir.
Bir gənc jurnalist öz araşdırmalarında iddia edir ki, faciə vaxtı 200 min, sonrakı 13 il ərzində isə daha 100 min insan güclü şüalanmadan dünyasını dəyişib.
Əslində isə yalnız 130 insan güclü radiasiya şüalanmasına məruz qalıb, onlardan 30-u 2 ay ərzində , 60-i isə sonrakı vaxtlarda ölüb. 1997-ci ildə Çernobıl faciəsində iştirakına görə ordenə layiq görülmüş Arturyan Rafael Varnazoviç müsahibəsində partlayışda 28 nəfərin, sonrakı dövrlərdə isə 134 nəfərin müxtəlif səbəblərdən öldüyünü bildirib.
Rəqəmləri şişirtməklə kifayətlənməyən media radiasiya ilə zəhərlənən qadınların mutant uşaqlar dünyaya gətirməsini iddia edir.
Bu haqda kifayət qədər çox film, komiks, video oyunlar istehsal edilib. Belarus Dövlət Radiasiya Tibb Universitetinin professoru Ostapenko iddia edirdi ki, şüalanmanın nəticəsində hər il 2 milyondan çox uşaq fiziki məhdudiyyətlə dünyaya gəlir. Belarus Respublikası üçün belə imkansız rəqəmlərin dilə gətirilməsi isə gülməlidir. Hətta Naqosakiyə atılmış atom bombası nəticəsində belə bu qədər insan ölməyib.
Ümumiyyətlə, tibbi cəhətdən təsdiqlənib ki, radiasiya zəhərlənməsi heç vaxt uşaqların mutant doğulmasına səbəb ola bilməz. Sosial şəbəkələrdə yayılan mutant heyvanların şəkilləri də Çernobılda çəkilməyib. Məsələn, insan üzlü donuz Çernobılda deyil, Çində doğulub, iki üzlü pişik də Amerika Birləşmiş Ştatlarında görülüb.
Daha irəli gedərək şəhərə girişin bağlı olduğunu və ərazinin tamamilə viran qaldığını iddia edənlər də var. Halbuki hazırda Çernobılda kifayət qədər otel, dükan, park var. Bu şəhərə ekskursiya təşkil edən şirkətlər də mövcuddur. Hazırda Çernobıla səyahət zamanı qəbul edilən radiasiya dərəcəsi təyyarə uçuşu zamanı alınan radiasiya ilə eyni miqdardadır. Faciə baş verən an qonşu rayonlara yayılan radiasiya isə bir kompüter tomoqrafiyasından alacağımız radiasiyadan çox olmayıb.
Bütün bu şayiələrin əsasında sadəcə maddi marağın durduğu açıqdır. Daha çox pul qazanmaq arzusunda olanlar qorxu filmlərini xatırladan ssenarilər hazırlayır, şəkillər çəkərək mətbuata ötürürlər.
Nərmin Rza
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qadını öldürərək beynini bişirib yeyən 21 yaşlı oğlan tutuldu - FOTOLAR
Adnan Oktar istintaqı: “Adnanın əmri ilə 16 yaşlı bacımı 50 nəfər zorladı”
Elektrik vuran işçinin həyat yoldaşı hamını qəhərə boğub - VİDEO
70 nəfərin öldüyü təyyarə qəzası belə baş verib - Video
Tramp İranı saxtakarlıqda günahlandırıb
Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib



