Cənubi Koreyada koronavirusa yoluxanlar xəstəxana üçün növbə gözləyir
“Tequ şəhərində koronavirusa yoluxmuş 1800-ə yaxın insan xəstəxanaya və ya xüsusi müalicə mərkəzinə yerləşdirilə bilmir. Koronavirusun yayılma miqyasını əvvəlcədən təxmin edə bilmədiyimizə görə səmimiyyətimlə üzr istəyirəm”.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Cənubi Koreyanın Səhiyyə nazirinin müavini Kim Qan Nip deyib.
O, insanların evdə oturub növbə gözlədiklərini bildirib.
Nazir müavini virusa yoluxmuş insanların sayı olduqca çox olduğundan artıq sadə vətəndaşların yoxlanması sayının artırılmasının planlaşdırıldığını söyləyib.
Kim Qan Nip bildirib ki, Cənubi Koreyada artıq 4 812 koronavirusa yoluxma halı qeydə alınıb. “29 nəfər ölüb, 34 nəfər sağalıb, 35 mindən çox insanın təhlilləri işlənilir, 125 mindən çox test tamamlanıb”, – o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
