Bürclər gün üçün nə vəd edir?
Qoç – Bu gün istirahət etmək fikriniz çətin ki, baş tuta. Əksinə, ikitərəfli sövdələşmələrə və yeni işlərə başlamaq lazımdır. Büdcənizdə artım da ola bilər. Axşama doğru mübahisələrdən uzaq qaçın.
Buğa – Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Nahardan sonra ciddi və riskli işlərə qol qoymayın. Çünki səhər saat 02:43-dən mənfi Ay bürcünüzdə meydan sulamaqdadır.
Əkizlər – Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız..
Xərçəng – Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrinə düşüb. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.
Şir – Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var. Münasibətləri də qoruyun.
Qız – Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla xırda mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.
Tərəzi – Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.
Əqrəb – O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.
Oxatan – Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün cinsi yaxınlıq, ağır fiziki işlərə girişmək və səfərə çıxmaq sizin üçün yolverilməzdir.
Oğlaq – Saat 15-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz. Günün ikinci yarısını gözləyin.
Dolça – Hər mənada uğurlu təqvimdir. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Amma məbadə falçı yanına gedəsiniz.
Balıqlar – Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır