Burada heç kimin etirazı qəbul edilmir və hər kəs öz bəxtinə çıxan şəxslə əylənməyə başlayır
14 fevral dünyada və ölkəmizdə “Sevgililər günü” kimi qeyd edilir.
Azərbaycanda cütlüklər bir-birlərinə müxtəlif hədiyyələr almaqla bu günü keçirirlər. Dünyada isə bu günlə bağlı müxtəlif adətlər mövcuddur.
Minval.info dünyanın fərqli ölkələrindəki Sevgililər günü ənənələri təqdim edir:
Finlandiyada 14 fevrala daha başqa cür yanaşma mövcuddur. Beləki, finlər 14 fevralı “Ystävänpäivä” yəni dostluq günü adlandırırlar. Onlar heç bir romantik məna yükləmədən dostları ilə birgə əylənib, onlara hədiyyə alırlar.
Filippində 14 fevral kollektiv toy ənənəsi ilə yadda qalır. Bu günün xüsusi bir uğur gətirdiyini düşünən yüzlərlə insan eyni anda nikaha girirlər. Həmçinin, kütləvi öpüşmə rekordu qırmağı da Sevgililər gününə həsr edirlər.
İraqlı gənclər hər il 14 fevral üçün alma bəzəyirlər. Onlar bunu Adəm və Həvvaya itfahən edirlər. Lakin İraqda cütlüklər üçün müəyyən maneələr var: onların sözlərinə görə, parkda iki sevgili əl-ələ gəzirsə polis onlara yaxınlaşaraq qeyri-qanuni olaraq pul tələb edir.

Bir çox ölkələrdən fərqli olaraq Yaponiyada “Sevgililər günü”nün əsas ağırlığı qadınların üzərinə düşür. Bu gün xanımlar sevdikləri bəyə şokolad qutusu verirlər, əgər kişi də sevgi hisləri bəsləyirsə düz 1 ay sonra – 14 martda qadına hədiyyə verir.

Koreyada da oxşar adət mövcuddur. Ancaq əgər 14 martda bəydən müsbət cavab gəlməzsə, onlar bu günü “Qara gün” kimi qeyd edirlər və qara əriştə yeyirlər.

İngiltərə də Sevgililər günü ilə bağlı qəribə adətə sahib ölkələrdən biridir. 14 fevralda qadınlar çarpayılarının kənarına iynə ilə 4 yarpaq tikir və yumurta yeyirlər. Beləliklə, həmin gecə yuxuda gələcək həyat yoldaşlarını görəcəklərinə inanırlar.

Şotlandiyanın sevgililər günü ənənəsi heç kimin tənha qalmamasına xidmət edir. 14 fevralda bir yerə toplaşanların adları kağıza yazılaraq qadın və kişilər üçün ayrılmış papaqların içinə atılır. Hər papaqdan növbə ilə bir ad çıxarılır və cütlüklər Çempionlar liqasına oxşar bir formada cütlər müəyyənləşir. Burada heç kimin etirazı qəbul edilmir və hər kəs öz bəxtinə çıxan şəxslə əylənməyə başlayır.
Dəniz Kərimzadə
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ


