Bu "Samsung" modellərinin sahiblərinə bəd xəbər

“Samsung” şirkəti qabaqcıl “Galaxy S6” və “S6 edge” smartfon modelləri üçün proqram təminatı və təhlükəsizlik sistemi yenilənmələri üçün dəstəyi dayandırıb. Bu barədə şirkətin rəsmi saytında deyilir.
Minval.İnfo ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya istehsalçısı smartfonlar üçün proqram təminatı yenilənmələrinin buraxılışını iki il, təhlükəsizlik sistemini isə 3 il ərzində dayandırır. 2015-ci ilin martında buraxılan “Galaxy S6” və “S6 edge” modellərinin təqdimat tarixindən 3 il ötüb.
Bildirilir ki, bundan əvvəl şirkət tərəfindən altıncı nəslə aid iki “S” smartfonu üçün “Android Oreo” əməliyyat sisteminin buraxılacağı ehtimal edilib.
Qeyd edək ki, “Galaxy S6 Edge+” və “S6 Active” smartfonlarının yenilənməsinin dəstəklənməsi davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!