Bu ərazilərdə sentyabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.
Minval.info xəbər verir ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.
Qeyd edək ki, 2021-ci il avqustun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.
Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
ƏLAQƏLİ
Böyük Britaniyada "levelling up" layihələrinin əksəriyyəti hələ də tamamlanmayıb
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Brüssel əlaqələri enerji və nəqliyyat sahəsində genişlənir
Qazın qiymətləri beynəlxalq bazarlarda dəyişiklik göstərir
Volvo Cars dünya üzrə 2,500 iş yerini ixtisar edəcək
Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım müşahidə edilir
Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq