Bu rayonların icra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlanıb — SİYAHI
Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.
Minval.info-nun məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.
Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.
Lənkəran şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 99366,2 manat maliyyə yayınması halı aşkarlanıb və yoxlamadan sonra vəsait dövlət büdcəsinə qaytarılıb.
İsmayıllı rayonunda isə tikinti xərcləri üzrə 39853 manat maliyyə yayınması aşkarlanıb və bu vəsait də bərpa olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gecikmiş 517 min manat işçilərə ödənildi
Ət bahalaşır, kəndli subsidiya ala bilmir
Neftin qiymətində artım: Brent 97 dolları keçdi
Lerikdə sakinlərin çəkdirdiyi yol üç günə dağıldı
Bazarlarda üzüm bahalaşdı: Qiymətlər yüksəlir!
Neft qiymətləri yüksəlir: Bazarlar təlaşda
Ərzaq qiymətləri rekord səviyyəyə yüksəldi