Bu ölkədə türkcə olan yer adları dəyişdirildi

Bolqarıstanda türk dilində olan 838 şəhər, kənd və qəsəbə adları dəyişdirilib.
Lent.az bildirir ki, Bolqarıstan parlamentində təmsil olunan radikal slav millətçilərinin hazırladığı sənəd qəbul edilib. Sənədə görə. Bolqarıstan ərazisindəki 838 toponim dəyişdirilərək müasir bolqar dilindəki sözlərlə və əvvəlki toponimlərin bolqar dilindəki qarşılığı ilə əvəzlənib.
Verilən məlumata görə, Bolqarıstan höküməti parlamentin çıxardığı qərarı bir həftə içərisində reallaşdırmağa başlayıb. Bu müddət ərzində ölkənin 51 bölgəsində “təmizləmə” işləri aparılıb.
Parlamentin qərarına isə Bolqarıstan Müsəlmanları Birliyi etiraz edib. Parlamentin bu qərarını irqçi addım kimi qiymətləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı