19.01.2018 - 20:29
İqtisadiyyat
23 baxış
Bu il azərbaycanlılar Türkiyədən neçə ev alıb?
2017-ci ildə Türkiyədə daşınmaz əmlakın satışı 51 faiz artıb. Nəticədə ölkə üzrə 1 409 314 daşınmaz əmlak satışı reallaşdırılıb.Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Statistika Komitəsində yer alan məlumata görə, təkcə xarici vətəndaşlara 2017-ci ildə 2016-cı illə müqayisədə daşınmaz əmlakın satışı 22,2 faiz artıb.
Dekabr ayında xaricilər 2 164 daşınmaz əmlak alıblar.
İraq vətəndaşları Türkiyədən daşınmaz əmlak alanların arasında birinci sıradadırlar. Belə ki, İraq vətəndaşları Türkiyədən 3 805 daşınmaz əmlak satın alıblar. Səudiyyə Ərəbistanı vətəndaşları 3 345, Küveyt vətəndaşları 1 691, Rusiya vətəndaşları 1 331, Əfqanıstan vətəndaşları 1 078 daşınmaz əmlak sahibi olublar.
Azərbaycan vətəndaşları isə yenə də qonşu ölkədən daha çox mənzil alanların onluğuna daxil olub. Həmyerlilərimiz ötən il Türkiyədən 942 ev alıblar. 2016-cı ilin yanvar-dekabr aylarında bu rəqəm 610 ədəd təşkil edib. Təkcə 2017-ci ilin dekabrında həmyerlilərimiz Türkiyədən 91 mənzil alıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
19.10.2026 - 14:03
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
13.10.2026 - 10:14
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
12.10.2026 - 16:54
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
12.10.2026 - 15:04
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
12.10.2026 - 14:24
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
12.10.2026 - 13:44
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi
12.10.2026 - 13:34
Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir
12.10.2026 - 11:24