Bu gündən sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsi məhdudlaşdırılır
Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalara əsasən sadələşdirilmiş vergitutuma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb.
Minval.info xəbər verir ki, dəyişikliyə əsasən işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda pul bazası ötən ay 80 milyon manatdan çox artıb
Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi tam yenilənir
Dekabrın 12-nə manatın MƏZƏNNƏSİ
Ayın son günü üçün məzənnə
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Gələn il Azərbaycan 2,2 milyard manat borc qaytaracaq