Britaniya xüsusi xidmət orqanlarından koronavirus açıqlaması: Süni şəkildə yayılma istisna edilmir
Böyük Britaniya kəşfiyyatı COVİD-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan sızması ehtimalını artıq tamamilə ciddiyə alır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “National Review” jurnalı yazıb.
Məqalədə ilkin dövrlərdə belə bir versiyanın inkar edildiyi, lakin sonradan Qərb kəşfiyyatının Uhan Virusologiya institutunun (WIV) fəaliyyətini ciddi şəkildə incələməyə başladığı qeyd olunur.
Laboratoriya sızıntısı nəzəriyyəsi 2019-cu ilin dekabrından, yəni koronavirusla xəstələnməklə bağlı ilk xəbərlərin çıxdığı andan ortaya atılıb.
Məlum olduğu kimi Çin epidemiya ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatını yalnız həmin ilin dekabrın 8-də məlumatlandırmışdı. Lakin sonradan kütləvi simptomların hələ noyabrda bəlli olduğu aşkar edilmişdi.
Üstəlik, Çin hakimiyyətinin pandemiyanın həqiqi qaynağının araşdırılması ilə əlaqədar başladılan beynəlxalq təhqiqata əngəl törətməsi və qəribə davranışları rəsmi Pekinə şübhələri artırıb.
Ötən həftə ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların xüsusi xidmət orqanlarına “laboratoriya sızıntısı” versiyasını araşdırmaq və təhqiqatın 90 gün ərzində bitirilməsi əmrini verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır