Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Britaniya ordusunda maliyyə çatışmazlığı səbəbindən genişmiqyaslı hərbi təlimlər dayandırılıb. 90 və daha çox hərbçinin iştirak etdiyi təlimlər ləğv edilib. Uelsdə tank və döyüş helikopterlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan 6 həftəlik böyük hərbi təlim də təxirə salınıb. Minval.info xəbər verir ki, yalnız xaricdə xidmətə göndəriləcək və ya ölkə daxilində fövqəladə vəziyyətə hazır vəziyyətdə saxlanılan bölmələr genişmiqyaslı təlimləri davam etdirəcək.
Bu qərar Britaniyada ciddi tənqidlərə səbəb olub. Müharibə veteranı Castin Makkeyevski bunun 1945-ci ildən, yəni İkinci Dünya müharibəsinin başa çatmasından bəri görünməmiş hal olduğunu bildirib. Maliyyə probleminin Rusiyadan gələn təhlükənin artdığı bir dövrdə yaşanması ölkənin müdafiə hazırlığı ilə bağlı narahatlıqları artırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır