30.05.2018 - 23:56
Dünya 2 baxış

Biznesmenlər külli miqdarda pullarını Rusiyadan çıxarır

Rusiya biznesindən ofşor zonalara kapital axını davam edir.

Axın müxtəlif şirkətlərdə payların alınması və kreditlərin verilməsi yolu gerçəkləşir.

Oxu.Az xəbər verir ki, bu haqda “Rosbalt” məlumat yayıb.

Rusiya Mərkəzi bankının hesablamalarına görə, təkcə ötən il Rusiyadan ofşorlara kapital axını 42 milyard dollara yaxın olub.

Bu rəqəm federal büdcənin il ərzində iqtisadi inkişafa xərclədiyi vəsaitdən 15 faiz çoxdur. Təhsil və səhiyyəyə ayrılan məbləğdən isə iki dəfə artıqdır.

Rusiya biznesmenlərinin pullarını çəkən “əsas maqnit” Kipr dövləti sayılır. İl ərzində Rusiyanın hüquqi və fiziki şəxsləri Kipr şirkətlərinə orta hesabla ümümilikdə 35,9 milyard dollar yatırır.

Rusiyalı biznesmenlərin adaya qoyduğu sərmayə tarixi rekorda – 177, 4 milyarda çatıb.

Rusiyalı iş adamları arasında populyarlığına görə ikinci ofşor istiqamət Virqin adaları, üçüncü istiqamət isə İsveçrədir.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: