"Bitcoin" 5 səbəbdən "çökə" bilər
Dünyada ən populyar rəqəmsal valyuta olan “Bitcoin” ötən ilin sonunda 20 000 dollara qədər bahalaşdıqdan sonra hazırda pik həddən 50% ucuz, 10 500 dollara satılır.
Minval.İnfo report-a istinadən xəbər verir ki, əgər o vaxt məcmu kriptovalyuta bazarının kapitallaşmasında “Bitcoin”in xüsusi çəkisi 85% idisə, hazırda 34%-ə düşüb.
Analitiklər “Bitcoin”in perspektivləri ilə bağlı bədbin əhval-ruhiyyədə olduqlarını bildirirlər. Buna 5 səbəb göstərilir:
1) Aşağı sürətli tranzaksiyalar – 1 saniyə ərzində həyata keçirilən əməliyyatların sayının azalması “Bitcoin Cash” və “Bitcoin Gold” kimi 2 bölmənin yaranmasına gətirib çıxarıb.
2) Yüksək məbləğdə komisyon haqqı – 2017-ci ilin əvvəlinə qədər “Bitcoin”də hər tranzaksiya 1 dollardan baha deyildi. Hazırda isə bu rəqəm tələbin artması ilə əlaqədar 25 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, “Ripple”da komisyon haqqı 0,01 dollardan aşağıdır.
4) Maynerlər üçün yaranan problemlər – Çin hökuməti maynerlərlə mübarizə aparacağını açıqlayıb. Qeyd edək ki, dünyadakı kriptovalyuta maynerlərinin 60%-i bu ölkədə yerləşir. Belə bir qadağa tətbiq edilərsə, kriptovalyuta bazarında xaos yarana bilər.
5) Anonimliyin itməsi – Əvvəllər “Bitcoin”in cəlbedici xüsusiyyəti onun anonimliyi idisə, hazırda vergi idarələri və tənzimləyici orqanlar treyderlərə təzyiq edərək onlardan bütün məlumatları tələb edirlər. Bu da “Bitcoin”ə tələbi xeyli azalda bilər. “Bitcoin” gələcəkdə yerini “Ripple”, “Dash” və NEM-ə verə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür