“Beynəlxalq Bankın səhmləri ilə maraqlanan şirkətlər var” - Samir Şərifov
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var”.
Minval.info Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
“ABB-nin özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, Bankın biznes strategiyası hazırlanmalıdır,. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar ABB-nin aktivlərini əlvə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”,- deyə nazir əlavə edib.
O, həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da ABB-yə maraq göstərməkdə davam edir: “Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi Bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi