29.05.2018 - 21:08
Dünya 1 baxış

Belçikada terrorçunun öldürülmə anı – VİDEO

Belçikanın Lyej şəhərində polisə edilmiş hücum yerli hüquq mühafizə orqanları tərəfindən terror aktı olaraq qiymətləndirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belçik prokurorluğunun məlumatına görə, hücumun qurbanları iki qadın polis əməkdaşı və bir kişidir. Faktla bağlı cinayət işi açılıb.

Məlumatda qeyd olunur ki, bıçaqla silahlanmış terrorçu polislərə arxadan yaxınlaşaraq, onlara bir neçə zərbə endirib. Daha sonra qadınların birindən tapançanı götürərək, hər ikisini güllələyib.  O, eyni zamanda yaxınlıqda dayanmış avtomobilin içində olan 22 yaşlı sərnişini qətlə yetirib.

Daha sonra o yolun kənarında olan kafeni atəşə tutub. Zərərçəkənlər barədə məlumat verilmir. Ardınca cinayətkar yaxınlıqdakı məktəbə basqın edib və içəridə olan xadiməni girov götürüb. Qadının aqibəti barədə məlumat yoxdur.

Bir müddət sonra əraziyə polis dəstələri gəlib. Cinayətkar ərazidən qaçmağa çalışıb və atəş açaraq bir neçə nəfəri yaralayıb. Ancaq sonra polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

RTBF telekanalının məlumatına görə, terrorçu Lentin həbsxanasında cəza çəkmiş 36 yaşlı Bencamin Ermanedir. Hüquq mühafizə orqanları onun qanunsuz narkotik alverinə görə həbsxanaya düşdükdən sonra baxışlarının radikallaşdığını açıqlayıb.

Hazırda insidentin baş verdiyi rayon polis nəzarətinə götürülüb. Bölgədə terror həyəcanı elan edilib.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: